Xəzər Xəbər

Koronaviruslu xəstələr evdə müalicə edilir - VİDEO

Veb TV | 09:02 • 7 İyul 2020
Koronaviruslu xəstələr evdə müalicə edilir -

Artıq ötən həftədən etibarən paytaxt Bakıda simptomsuz və yüngül simptomlu pasiyentlərin müayinəsi, diaqnostikası, müalicəsi və xəstəlik dövründə təqibi poliklinika həkimləri tərəfindən həyata keçirilir.Səbəb paytaxtda virusa yoluxanlarının sayının daha çox olmasıdır.

Xezerxeber.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin şöbə müdiri Nabil Seyidov deyib. O bildirib ki, koronavirusa yoluxanların 60-70%-i ya simptomsuz, ya da yüngül simptomlu xəstələrdir. Bu xəstələrin müayinəsi və müalicəsi evdə aparılır. Bu cür hallarda təcili təxirə salınmaz hal olmadığı üçün pasiyentlər təcili tibbi yardım xidmətinə deyil, yaşadığı ərazi üzrə ambulator poliklinik şöbəyə zəng etməlidirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti