Xəzər Xəbər

Sevgilisini döyən məşhur aktyordan İLK AÇIQLAMA: “Layiqdir”

Şou Biznes | 13:55 • 4 İyul 2020
Sevgilisini döyən məşhur aktyordan İLK AÇIQLAMA:

Türk aktyor Ozan Güven gənc sevgilisi Deniz Bulutsuza tətbiq etdiyi zorakılıq haqqında ilk dəfə danışıb.


Aktyor İnstaqram hesabından məsələ ilə bağlı fikirlərini bölüşüb.


"İctimaiyyətin diqqətinə təqdim edilir. Öncəliklə bir neçə gündür ki, cəmiyyətin vicdanında narahatlığa səbəb olan uğursuz olayın mövzusu və mərkəzində olmağın kədərini yaşadığımı bilməyinizi istəyirəm. Açıqlama vermək ehtiyacım istəmədən səbəb olduğu bu məşğuliyyətə qarşı hiss etdiyim məsuliyyətdəndir.


Zorakılıq heç bir vicdanda bəraət almaz. İstər fiziki, istər ruhi, istər sosial olsun, qəbul edilməməlidir, reaksiyaya layiqdir. Elə bu səbəbdən dəyərli ictimaiyyətdən hüquqi prosesin nəticələnməsini gözləməyi, ədalət qərarlarını və reaksiyalarını bu istiqamətdə vermələrini önəmlə rica edirəm. Mən səbr edirəm, lütfən, siz də səbr edin”./Publika.az



Xəbər lenti