Xəzər Xəbər

FHN: Kürdə batan bir uşağın axtarışları davam etdirilir - YENİLƏNİB

Region | 16:26 • 5 İyun 2020
 FHN: Kürdə batan bir uşağın axtarışları davam etdirilir  -

Kürdə batan bir uşağın axtarışları davam etdirilir.



Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bərdədə kür çayında çimən uşaqlardan yalnız biri batıb. Hazırda onun axtarışları davam etdirilir.


16:03


Bərdədə 5 uşaq Kürdə batma təhlükəsi ilə üzləşib.


Hadisə Kür çayının rayonun Nazırlı Qılışlı kəndindən keçən hissəsində qeydə alınıb. Çayda batma təhlükəsi ilə üzləşən 2 uşaq sudan çıxarılıb. Digər 3 nəfərin axtarışları davam etdirilir.


Sudan çıxarılan iki uşağın vəziyyəti ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti