Xəzər Xəbər

Müəllimlərin maaşı ilə bağlı məsələyə aydınlıq gətirildi – NAZİRLİKDƏN AÇIQLAMA

Gündəm | 16:10 • 3 İyun 2020
Müəllimlərin maaşı ilə bağlı məsələyə aydınlıq gətirildi

Baş Nazirin Sərəncamına əsasən sentyabr ayınadək təhsil müəssisələrinin açılmayacağı ilə xəbəri təqdim etmişdik.

XəzərXəbər xəbər verir ki, qərar qəbul edildikdən sonra təhsil işçilərini maraqlandıran əsas mövzu, əmək haqlarının tam alıb-almamaları ilə bağlı suallardır.

Suallarımızı cavablandıran Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov bildirir ki, müəllimlərin istər məzuniyyətində, istərsə də əmək haqlarında heç bir dəyişiklik yoxdur.

"Müəllimlər maaşlarını alacaqlar. Qərarın bu məsələyə aidiyyatı yoxdur. Müəllimlərin məzuniyyətləri də əvvəllər necə idisə, elə də davam edəcək. Maaşların azaldılması və ya əlindən alınmasından söhbət gedə bilməz”, – deyə Cəsarət Valehov bildirir./Qazet.az

Xəbər lenti