Xəzər Xəbər

Müəllimlərin yay məzuniyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA

Gündəm | 09:04 • 3 İyun 2020
Müəllimlərin yay məzuniyyəti ilə bağlı

Müəllimlərin yay məzuniyyəti hər zamankı vaxtında başlayacaq.

XəzərXəbər Trend-ə istinadən bildirir ki,bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

O əlavə edib ki, virtual dərslərin keçirilməsi ilə bağlı müəllimlər qarşısında məcburiyyət yoxdur: "Virtual dərslər pandemiya dövründə mövzuları mənimsəmək üçün keçirilirdi. Dərs ili bitibsə, bu dərslər keçirilməyə də bilər".

Xəbər lenti