Xəzər Xəbər

Buraxılış imtahanları ilə bağlı yeni xəbər - VİDEO

Veb TV | 19:35 • 29 May 2020
Buraxılış imtahanları ilə bağlı yeni xəbər -

11-ci və 9-cu sinif buraxılış imtahanlarında fənlər üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası açıqlanıb.

Xezerxeber.az-ın məlumatına görə, buraxılış imtahanları bu ildə də Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə keçiriləcək.

İmtahanda şagirdlərə təqdim olunan tapşırıqların fənlər üzrə və ümumilikdə sayında dəyişiklik yoxdur. Lakin fənlər üzrə tapşırıqların strukturunda sadələşdirilmə aparılıb və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqların sayı azaldılıb.

İmtahan ballarının fənlər üzrə hesablanması həmişəki qaydada, xüsusi düstur əsasında həyata keçirilir. 9-cu sinif buraxılış imtahanları isə birmərhələli olacaq. Burada da şagirdlərə tədrisi dili, xarici dil və riyaziyyat fənlərinin hərəsindən 30 olmaqla ümumilikdə 90 tapşırıq təqdim ediləcək. Buradakı bütün tapşırıqlar qapalıdır. İmtahanın müddəti isə 45 dəqiqədir. Qeyri-Azərbaycan bölməsinin 9-cu və 11-ci sinif şagirdləri buraxılış imtahanı çərçivəsində "Azərbaycan dili" fənnindən imtahan verirlər. Bu imtahanın strukturunda da dəyişiklik edilib. Burada da açıq tipli tapşırıqlar və dinləmə mətni olmayacaq.

Buraxılış imtahanlarında hər fənn üzrə maksimum 100 bal olmaqla ümumilikdə 300 bal toplamaq mümkündür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti