Xəzər Xəbər

Nazirlik növbəti 190 manat yardım söhbətinə aydınlıq gətirdi

Gündəm | 12:23 • 27 May 2020
Nazirlik növbəti 190 manat yardım söhbətinə aydınlıq gətirdi

"Bu, hökümətin qərarından asılı olan məsələdir”.

XəzərXəbər xəbər verir ki, bunu saytımıza açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı işsiz vətəndaşlar üçün 190 manat birdəfəlik yardımın növbəti aylarda verilməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.


Onun sözlərinə görə, hazırki qərar isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunub:


"İndiki qərara görə aprel və may aylarını əhatə etməklə 600 min vətəndaşa birdəfəlik yardım ödənilib. Bu proqram uğurla icra olunub və yekunlaşıb”.


Fazil Talıblı qeyd edib ki, növbəti aylarda 190 manat birdəfəlik yardımın verilməsi üçün bağlı hər hansı rəsmi qərar yoxdur.(qaynarinfo.az)

Xəbər lenti