Xəzər Xəbər

Azərbaycanlı professordan ŞOK XƏBƏRDARLIQ: Koronavirusa yoluxma belə davam edərsə...

Cəmiyyət | 14:41 • 19 May 2020
Azərbaycanlı professordan ŞOK XƏBƏRDARLIQ:

"Ölkədə tətbiq edilən karantin qaydalarının nisbətən yumşaldılmasından sonra virusa yoluxanların sayının artması, ikinci dalğanın yarana biləcəyi ehtimalını yüksəldir”.

Bu sözləri Redaktor.az-a açıqlamasında tibbi ekspert, professor Adil Qeybulla deyib. O bildirib ki, qaydaların yumşaldılması insanlarda arxayınlıq yaratmamlıdır:

"Son günlər virusa yoluxanların sayında artımın yaşanması ikinci dalğa deməkdir. Belə davam edərsə, yoluxmanın daha da artacağı ehtimalı yüksəkdir. Bunun da səbəbi insanların koronavirusu ciddiyə almaması, qaydalara əməl etməməsidir. Düzdür, dövlət tərəfindən müəyyən qədər qaydalar yumşaldılıb, bu, insanlarada arxayınlıq yaratmamlıdır. Əksinə, vətəndaşlar indiki məqamda daha da diqqətli olmalıdır”.

Proessor rayonlarda yoluxma sayınının artdığını bildirib: 

"İlkin mərhələdə bəzi rayonlarda yoluxma ümumiyyətlə qeydə alınmadı, bu da karantin tədbirlərinin hesabına baş verdi. Lakin son məlumatlara görə, artıq əksər rayonlarda yoluxma sayında artım var. İndikiməqamda virusun rayonlarda yayılma ehtimalı daha çoxdur. Bu baxımdan təkcə Bakı əhalisi deyil, rayonda da qaydalara maksimum şəkildə əməl olunmalıdır”.

A.Qeybulla yeni növ koronavirusa qarşı maska taxmağın vacib olduğunu bildirib:

"Çox təəssüf ki, edilən xəbərdarlığa baxmayaraq, küçədə insanların maskasız şəkildə gəzdiyinə şahid oluruq. İnsanlar çox laqeyd yanaşır, təhlükənin fərqinə varmırlar. Amma başa düşmək lazımdır ki, bir nəfər xəstə olan şəxs yanından ötüb keçən hər bir kəsi yoluxdura bilər. Hamıda vətəndaş məsuliyyəti olmalıdır. Bunun qarşısını almaq üçün iki yol var. Ya karantin qaydalarını pozan, maskasız gəzən şəxslər cərimələnsin, ya da karantin qaydaları daha da sərtləşsin. Əksi halda vəziyyət nəzarətdən çıxa bilər”.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar