Xəzər Xəbər

Bəzi aviaşirkətlər iyunun 1-dən Bakıdan uçuşlara başlayacaq VİDEO

Veb TV | 20:03 • 17 May 2020
Bəzi aviaşirkətlər iyunun 1-dən Bakıdan uçuşlara başlayacaq

May ayının 31-ə qədər ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxış qadağası var. Pandemiya təhlükəsi ilə əlaqədar bu müddət uzadıla da bilər. Buna baxmayaraq bəzi aviaşirkətlər iyunun 1-dən Bakıdan uçuşlara başlamağı planlaşdırır. Endirimli qiymətlərlə biletlər də satışa çıxarılıb. Vətəndaş bilet alarsa və ölkəyə giriş-çıxış qadağasının vaxtı uzadılarsa, bu zaman həmin biletin aqibəti necə olacaq? Bu suallara aydınlıq gətirməyə çalışmışıq.


Bəzi hava yolları şirkətləri iyunun 1-dən etibarən Bakıdan uçuşlara başlamağı planlaşdırır. Artıq şirkətlər həmin tarixdən etibarən biletlərin satışına başlayıb. Biletlərin sürətlə satılması üçün hətta may ayının 22-dək endirim kampaniyasına da start verilib.


Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, şirkət iyunun 1-dən etibarən əsasən Bakıdan İstanbul və bir sıra böyük avropa şəhərlərinə uçmağı planlaşdırır.


Ölkəmizdə hələ də xüsusi karantin rejminin davam etməsi və üstəlik may ayının 31-ə qədər ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxış qadağasının qüvvədə olması bəzi suallar yaradır.


Əgər ölkə ərazisinə giriş-çıxış qadağasının müddəti uzadılarsa, bu zaman alınan biletlərin aqibəti necə olacaq?. Vətəndaş maddi ziyan etmədən ödədiyi məbləği geri ala və yaxud da uçuşun vaxtını dəyişə bilərmi?


Ekspert deyir ki, aviaşirkətlər pandemiya ilə əlaqədər təxirə salınan uçuşlara satılan biletlərlə bağlı yeni model hazırlayıblar. Müştərilərə biletləri qaytarmaq, dəyişmək və ya başqa istiqamətə uçmaq kimi kimi şanslar verilir. Əgər ölkə ərazisinə giriş-çıxış qadağası iyun ayında da davam edərsə, yenə də müştərilərin biletləri qaytarıla və yaxud dəyişdirilə bilər.


Vətəndaşlara tövsiyyə edilir ki, bilet alarkən mütləq onun qaytarılma şərtləri ilə yaxından tanış olsunlar.


Xəbər lenti