Xəzər Xəbər

ÜST-dən korona peyvəndi ilə bağlı SƏRT REAKSİYA: dəhşətə gəldik, qorxunc, utancverici...

Dünya | 13:26 • 7 Aprel 2020
ÜST-dən korona peyvəndi ilə bağlı SƏRT REAKSİYA:

"Afrika hər hansı peyvənd üçün test məkanı ola bilməz və olmayacaq”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus deyib.

O, İsveçrənin Cenevrə şəhərində keçirilən videokonfrans vasitəsilə COVID 19 peyvəndinin Afrikada sınaqdan keçirilməsini istəyən fransız həkimləri sərt tənqid edib: "Düzünü desəm, dəhşətə gəldim. Həmrəyliyə ən çox ehtiyacımız olduğu bir zamanda bu cür "irqçi deyimlər” həmrəylik düşmənliyidir. Fransız həkimlərin açıqlamaları utancverici və qorxuncdur. ÜST buna heç vaxt icazə verməyəcək”.

Baş direktor bildirib ki, koronavirusla bağlı ilk məlumatı açıqlayandan 100 gündən az müddət keçməsinə rəğmən, peyvənd araşdırmaları inanılmaz sürətlə irəliləyib.

Qebreyesus qeyd edib ki, peyvənd üzərində 20 institut və şirkət çalışır. ÜST peyvəndlər hazır olduqdan sonra onların bütün ölkələr üzrə bərabər paylanmasını təmin edəcək./Publika.az

Xəbər lenti