Xəzər Xəbər

BAŞ İNFEKSİONİST koronavirusun əsas “məqsədi”ni AÇIQLADI: “Yer üzü çoxdan tamamilə boşalar və…”

Dünya | 18:16 • 3 Aprel 2020
BAŞ İNFEKSİONİST koronavirusun əsas “məqsədi”ni AÇIQLADI:

Federal Tibbi-Bioloji Agentliyin (FMBA) yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi Vladimir Nikiforov koronavirus infeksiyasının hədəfləri və yayılma səbəbləri barədə danışıb.

Rusiya mətbuatı xəbər verir ki, ekspert koronavirusun öldürücü infeksiya olmadığını bildirib.

"Virus çox təhlükəli olsaydı və bizi öldürmək istəsəydi, Yer üzü çoxdan tamamilə boşalar və heç bir canlı qalmazdı. Əlbəttə ki, virus pisdir, amma bəşəriyyəti məhv etmək niyyətində deyil”, - deyə Nikiforov Rusiyanın Birinci kanalında yayımlanan "Vladimir Solovyovla axşam” verilişində çıxış edərkən deyib.

İnfeksionist hesab edir ki, COVID-19-un əsas məqsədi repreduksiyadır (çoxalma) və canlı orqanizmlər məhv olduğu halda virus özü də ölür. Nikiforov qeyd edib ki, bütün canlıların bir məqsədi var - ömürlərini uzatmaq./publika.az

Xəbər lenti