Xəzər Xəbər

Azərbaycanda 6 nəfər spirtdən zəhərlənərək ölüb - VİDEO

Veb TV | 19:20 • 2 Aprel 2020
 Azərbaycanda 6 nəfər spirtdən zəhərlənərək ölüb  -

Azərbaycanda 6 nəfər "Metil spirti"ndən zəhərlənərək ölüb.

Xezerxeber.az-ın məlumatına görə, martın 20-dən bu günədək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə diaqnozu ilə 11 nəfər gətirilib.

Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib ki, müayinə zamanı onların apteklərdə satışda olan "Metil spirti"ndən zəhərləndiyi ortaya çıxıb.

Azər Maqsudov bildirib ki, "Metil spirti" çox təhlükəli maddədir. Etanol tərkibli bu məhluldan yalnız dezinfeksiya məqsədilə istifadə edilməsi tövsiyə olunur.

"Metil spirti"nin hər hansı durulaşmada da qəbulu təhlükəli və yolverilməzdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti