Xəzər Xəbər

Çin prezidenti koronavirus haqqında: "VƏZİYYƏT MÜRƏKKƏBDİR"

Dünya | 13:47 • 24 Fevral 2020
Çin prezidenti koronavirus haqqında:

Çin prezidenti Si Cinpin ölkədə yayılan koronavirus (Kovid-19) pandemiyasının «hələ də qəddar və mürəkkəb» olduğunu bildirib.

Xəstəliklə bağlı səhiyyə nazirliyinin nümayəndələri ilə video konfrans edən Si Cinpinbildirib ki, 2400-dən çox insanın ölümünə səbəb olan xəstəlik Çin üçün «böhran və böyük bir imtahan»dır. Çin rəhbəri xəstəliyin sürətli yayıldığını və qarşısını almaq və nəzarət etməyin çətin olduğunu söyləyib.

Çin rəhbəri fabriklərə və digər şirkətlərə çağırış edərək yenidən açılmalarına və az gəlirli işçilərin işlə təmin olunmasına kömək etmələri lazım olduğunu söyləyib: «Biz yaz əkinçiliyinə təsir edən vacib problemləri təcili həll etməliyik».

Hökümətin tərəvəz, heyvandarlıq və quş əti istehsalını fəal şəkildə təşkil etməsinin vacibliyini vurğulayan Şi, nəqliyyat kanallarındakı maneələrin qaldırılmasının lazım olduğunu söylədi.

Virus səbəbindən Çində 2400 nəfər, dünyada 2462 nəfəri ölüb.

Xəbər lenti