Xəzər Xəbər

Koronavirusla bağlı deyilənlər HAMISI YANLIŞ İMİŞ ŞOK FAKTLAR ÜZƏ ÇIXDI - FOTO

Dünya | 14:27 • 22 Fevral 2020
Koronavirusla bağlı deyilənlər HAMISI YANLIŞ İMİŞ

Çində yayılan yeni tip koronavirusun necə ortaya çıxması və insanlara necə yoluxması ilə bağlı aparılan araşdırmalar sürətlə aparılır.

Çin xəstəliyin yayılmasının qarşısını almaq üçün müxtəlif metodlardan istifadə etsə də, epidemiya dünyanın 30-a yaxın ölkəsinə yayılmaqda və can almaqda davam edir.

Ölümcül virusla bağlı ortaya atılan yeni iddia isə şok yaradacaq səviyyədədir. BBC-nin xəbərinə görə, koronavirusun aşkar edildiyi ilk xəstə olan 70 yaşlı yatalaq xəstəsi olan adamın epidemiyanın yayıldığı iddia edilən qanundakənar heyvan məhsulları satışı həyata keçirən Huanan Dəniz Məhsulları bazarı ilə heç bir əlaqəsi yoxdur. Belə ki, o şəxs dəniz məhsulları bazarına heç vaxt getməyib. BBC-nin araşdırmasına görə, xəstəliyin aşkarlandığı ilk 41 nəfərdən 14-ü heç vaxt Huanan bazarında olmayıb. Xəbərdə "sıfır nömrəli xsətə” adlandırılan adamın infarkt keçirdiyi üçün yataq xəstəsi olduğu və 1 dekabrda xəstələndiyi bildirilib. Bu tarix isə koronavirusun ortaya çıxdığı tarixin rəsmi şəkildə açıqlanmasından ən az 1 həftə əvvələ təsadüf edir.

Uhandakı Cinyintan Xəstəxanasının professoru Vu Venyuan xəstənin səhhətinə görə evindən çıxmadığını və epidemiyanın mərkəzi qəbul edilən bazara heç vaxt getmədiyini, bazarla hər hansı əlaqəsi olmadığını deyib.

Aparılan başqa bir araşdırma isə Çinin Yunnan əyalətindəki sirli mağaranın yaxınlığında yaşayan insanların ölümcül virusa qarşı immunitetinin ola biləcəyini önə çəkir. Biznes məqsədli çalışmayan "EcoHealth Alliance” adlı şirkətdə xəstəliklər üzrə eko-araşdırmaçı Peter Daszak və komandası virusu insanlara yaydığı iddia edilən yarasaları araşdırmaq üçün həm Çində, həm də dünyanın müxtəlif bölgələrində olan mağaralara giriblər. Kəşfiyyat 2004-cü ildə 774 nəfərin ölümünə səbəb olan SARS epidemiyasını araşdıran adamlar tərəfindən aparılıb. Mütəxəssislər 2017-ci ildə mağaraya yarasa nəcisi nümunələri toplamaq üçün yenidən qayıdıb və Uhanda yayılan virusla 96% uyğunlaşan virusun özlərinə də keçdiyini aşkarlayıblar. Peter Daszak virusun yarasalardan insanlara yenidən və təkrar-təkrar sıçradığını göstərdiyini açıqlayıb.

Daszak tərəfindən "Nature” dərgisində 2017-ci ildə yayımlanan araşdırmaya görə, yarasalar "zoonotik infeksiyalar" adlandırılan və insanlara yolxuma ehtimalı yüksək olan virusları daşıyır. Lakin eyni araşdırma mağaranın yaxınlığında yaşayan insanların bədənlərində SARS ilə bağlı koronaviruslara qarşı qoruyan xüsusi maddələrə sahib olduğunu ortaya qoyub.

Qeyd edək ki, Çinin Hubey əyalətinin Vuhan şəhərindən sürətlə dünyaya yayılan epidemiyaya yoluxanların sayı 77 minə çatıb./publika.az










Rubrikanın digər xəbərləri

Stoltenberq Ermənistana
Stoltenberq Ermənistana səfər edib
12:30
Rusiyanı yalnız bu səbəb dayandıra bilər
Rusiyanı yalnız bu səbəb dayandıra bilər AÇIQLAMA
17:47 • 18 Mart 2024
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib
16:52 • 18 Mart 2024
Putin prezident seçkilərində qalib gəlib
Putin prezident seçkilərində qalib gəlib 87,34%
09:00 • 18 Mart 2024
Vaşinqtonda silahlı hücum
Vaşinqtonda silahlı hücum 2 ölü, 5 yaralı
17:15 • 17 Mart 2024
Rusiyanı Ermənistanla birləşdirən yol
Rusiyanı Ermənistanla birləşdirən yol bağlandı
10:01 • 17 Mart 2024
Türkiyədə ağır yol qəzası
Türkiyədə ağır yol qəzası 15 Yaralı
09:30 • 17 Mart 2024

Xəbər lenti