Xəzər Xəbər

Bu əməlləri edənlər beyni kiçik şəxslərdir Alimlərdən ŞOK ARAŞDIRMA

Maraqlı | 18:21 • 19 Fevral 2020
Bu əməlləri edənlər beyni kiçik şəxslərdir

Oğurluq edən, zorakılıq törədən və yalan danışan adamların beyni normaldan daha kiçik olur.

Bu fakt bir qrup Avropa universitetləri professorlarının araşdırması nəticəsində ortaya çıxıb.

Elm adamları uşaqlılqda dissosial şəxsiyyət pozğunluğundan əziyyət çəkən 700 insanın anadan olmasından 45 yaşına qədərki dövrə qədər maqnit rezonans tomoqrafiya (MRT) analizlərini təhlil edərək həmin adamlarda beynin bəzi hissələrinin digərlərindən daha incə və dar olduğunu görüb. Məhz bu özəllik dissosial davranışla əlaqələndirilib.

Lakin bu durumun irsən keçməsi, narkotik maddələrdən asılılıq, aşağı IQ səviyyəsi və psixi sağlamlıqla bağlı olub-olmadığı müəyyən edilməyib.

Sınaqda iştirak edənlər 3 qrupa ayrılıb. Bir qrupdakı könüllülər zorakılıq cinayəti törədənlərdən ibarət 80 nəfər olub. Onların beynində quruluş fərqi açıq-aşkar hiss olunub. Bu araşdırma həyatları boyunca ətraflarındakı insanlara hücum edən fərdlərin neyropsixoloji fərqlilikləri olduğunu da təsdiqləmiş olub.

Elm adamlarına görə, yeniyetməlikdə dissosial davranış sərgiləyənlər, xəstəxanada yatmaq riski daşıyanlar, həyatlarının irəliləyən dövrlərində fiziki və psixi sağlamlıqları zəifləyənlər bu baxımdan fiziki məhdudiyyətli şəxslər kateqoriyasına daxil edilə bilər./publika.az

Xəbər lenti