Xəzər Xəbər

Koronavirusla bağlı şok yenilik: Risk qrupu açıqlandı – Bu adamlar isə sağalır

Dünya | 18:05 • 19 Fevral 2020
Koronavirusla bağlı şok yenilik:

Yeni növ koronavirusunun yayılmasının dayandırılması və peyvəndinin hazırlanması üçün işlər davam edir.

Çin virusun yayılandan bəri ən böyük statistikanı təqdim edib. Koronavirusa yoluxan 44 min insanın məlumatları açıqlanıb. Virusa ən çox 80 yaşdan yuxarı olanlar və səhiyyə işçiləri yoluxub.

Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzindən verilən məlumata görə, xəstələnlərin 80 faizi xəstəliyi yüngül formada keçirir. Yaşlıların həyati təhlükəsi olduğu bildirilib.

Ölənlərin 14,8 faizi yaşı 80-dən yuxarı olanlardır.

Eyni zamanda yanvar ayından bəri ilk dəfə bir gündə virusa yoluxanların sayı iki mindən aşağı enib. Lakin mütəxəssislərin fikrincə, xəstəliyin yayılmasının yavaşladığını demək hələ tezdir. Mütəxəssislər Sars və ya Mers kimi koronavirusun metal, şüşə və ya plastik kimi səthlərdə doqquz günə qədər yaşaya biləcəyini açıqlayıblar.

Yaponiya virusla mübarizədə HİV dərmanlarından istifadə etməyi planlaşdırır./teleqraf

Rubrikanın digər xəbərləri

Xəbər lenti