Xəzər Xəbər

Azərbaycanda bu şəxslərə ŞAD XƏBƏR Hər ay 250 MANAT ALACAQLAR

Gündəm | 12:00 • 14 Fevral 2020
Azərbaycanda bu şəxslərə ŞAD XƏBƏR

Gənclərin məşğulluq imkanlarının artırılması məqsədi ilə Əmək Əhalinin Sosial Müdafiə Nazirliyi yeni bir layihənin icrasına başlayıb.

Beynəlxalq Əmək Təşkilatı ilə birgə həyata keçiriləcək layihə işsiz və iş tapa bilməyən gənclərin məşğulluğunu artırmaqla yanaşı, onların əmək haqlarını da maliyyələşdirəcək.

Əmək haqlarının maliyyələşdirmə müddəti və məbləği də müəyyənləşdirilib. Belə ki, müəssisələrdə çalışan işçilərin maaşının 50%-i işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdiriləcək.

Yəni, işçilərin əmək haqlarının 50%-i Beynəlxalq Əmək Təşkilatı, digər 50%-ni isə işə götürən müəssisə ödəməli olacaq. Bunun üçün dördtərəfli müqavilələr imzalanacaq.

Yeni layihədən yararlanmaq istəyən gənclər rayon məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata düşməlidirlər. Layihə çərçivəsində 148 gənc artıq qeydiyyata alınıb.

Aylıq maaş gənc üçün 500 AZN nəzərdə tutulubsa, bunun 250 AZN-i Beynəlxalq Əmək Təşkilatı vasitəsi ilə ödəniləcək.

1 ildən sonra işə götürən şəxs işçidən razı qaldığı təqdirdə onun əmək müqaviləsini uzada və ya xitam verə bilər.

Xəbər lenti