Xəzər Xəbər

Fevralın 10-u qeyri-iş günüdür? Açıqlama

Cəmiyyət | 13:55 • 3 Fevral 2020
Fevralın 10-u qeyri-iş günüdür?

Fevralın 9-da ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Əmək Məcəlləsinə əsasən, prezident, parlament və bələdiyyə seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə qeyri-iş günü olur.

Azərbaycanda fevralında 9-da keçiriləcək parlament seçkiləri bazar gününə təsadüf etdiyi üçün ictimaiyyətdə bazar ertəsinin, yəni ayın 10-nun qeyri-iş günü hesab edildiyi barədə müzakirələr gedir.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, parlament seçkiləri bazar gününə düşdüyü üçün onun qeyri-iş günlərinə heç bir təsiri olmayacaq:

"Düzdür, Əmək Məcəlləsinin 105-ci maddəsinə görə, qeyri-iş günü seçki günlərinə düşən günlərdən biridir. Amma bu seçki günləri iş gününə düşdükdə qeyri-iş günü hesab edilir. Yalnız ölkədə qeyri-iş günü hesab edilən bayram günləri bazar günü ilə üst-üstə düşərsə, növbəti iş günü qeyri-iş günü olur. Parlament seçkiləri isə bazar gününə düşdüyü üçün bazar ertəsi qeyri-iş günü hesab edilməyəcək”.

Rubrikanın digər xəbərləri

Bakıda yeni nəqliyyat mübadilə mərkəzi
Bakıda yeni nəqliyyat mübadilə mərkəzi YARADILDI
16:16 • 18 Mart 2024
Sabah qısaldılmış iş günü olacaq
Sabah qısaldılmış iş günü olacaq BAYRAM TƏQVİMİ
15:42 • 18 Mart 2024
Növbəti köç karvanı Füzuliyə
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:15 • 18 Mart 2024
Bakı metrosu gücləndirilmiş iş rejiminə
Bakı metrosu gücləndirilmiş iş rejiminə KEÇİR
11:44 • 18 Mart 2024
AZAL Londonun daha bir hava limanına uçuşlara
AZAL Londonun daha bir hava limanına uçuşlara BAŞLADI
10:50 • 18 Mart 2024
Sosial ödənişlərlə bağlı
Sosial ödənişlərlə bağlı VACİB MƏLUMAT
10:20 • 18 Mart 2024
Bakıda havada toz müşahidə olunur
Bakıda havada toz müşahidə olunur AÇIQLAMA
09:35 • 18 Mart 2024

Xəbər lenti