Xəzər Xəbər

Gəncədə qadın göldə boğulub, Şəkidə qəfil ölən şəxsin üzərində zorakılıq əlamətləri aşkarlanıb - VİDEO

Veb TV | 17:36 • 25 Yanvar 2020
Gəncədə qadın göldə boğulub, Şəkidə qəfil ölən şəxsin üzərində zorakılıq əlamətləri aşkarlanıb -

Gəncədə qadın süni göldə boğulub.

Xezerxeber.az-ın məlumatına görə, bədbəxt hadisə Gəncədə, Yeni Gəncə yaşayış massivində yerləşən parkda baş verib.

Parkın təmizlik xidmətinin əməkdaşı olan 55 yaşlı Lətifə Paşayeva iş görərkən ehtiyatsızlıqdan gölə yıxılaraq boğulub. Yaxınlıqdakı insanlar qadına kömək etməyə çalışsalar da, onu xilas etmək mümkün olmayıb. Hadisə yerinə təcili tibbi yardım xidməti və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Lətifə Paşayevanın meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə bölməsinə təhvil verilib.

Şəkidə isə qəfildən ölən şəxsin üzərində zorakılıq əlamətləri aşkarlanıb. Hadisə ötən gecə Noxabi 14 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 38 yaşlı Yusif Əliyev qəfildən dünyasını dəyişib. Meyit müayinə edilməsi üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şəki şöbəsinə təhvil verilib. İlkin araşdırma zamanı mərhumun üzərində zorakılıq əlamətləri aşkar edilib. Yaxınları isə onun üzərində zorakılıq əlamətlərinin olmadığını iddia ediblər.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti