Xəzər Xəbər

Xırdalanda qorxunc hadisə Məktəbli qızlar xəstəxanaya çatdırıldı - VİDEO

Veb TV | 14:30 • 24 Yanvar 2020
Xırdalanda qorxunc hadisə

Dünən Xırdalan şəhərində avtomobil 2 məktəbli qızı vurub.

Heydər Əliyev prospektində "Mercedes C Class” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarı ilə gedən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri olan iki qızı vurub.

Məktəblilərdən birinin dizi, digərinin isə onurğa sütunu sınıb. Onların ikisi də Kliniki Tibbi Mərkəzə aparılıblar.

Onurğasından ağır xəsarət alan 14 yaşlı Fidanın vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin başvermə anı yaxınlıqdakı müşahidə kamerasına düşüb.

Faktla bağlı araşdırma aparılır.

publika.az

Xəbər lenti