Xəzər Xəbər

Sisinin həbsi tələb olunur Avropadan ŞOK ADDIM

Dünya | 16:03 • 21 Yanvar 2020
Sisinin həbsi tələb olunur

Misir Prezidenti Əbdülfəttah Sisinin həbsi tələb olunur.

Mərkəzi Londonda yerləşən Beynəlxalq Ədalət Palataları (Guernica 37) London Terrorla Mübarizə Təşkilatından Sisinin İngiltərəyə səfərindən əvvəl Misir hökuməti və dövlət qurumları əleyhinə işgəncə iddialarının istintaqını istəyib.

"Guernica 37” Misirin demokratik yolla seçilmiş ilk prezidenti Məhəmməd Mursinin məhkəmə iclasında ölməsində Sisini günahlandırır.

Təşkilata müraciət məktubunda Mursinin ölümü və ölümündən əvvəl onun işgəncəyə məruz qalması faktının araşdırılması tələb olunub. Açıqlamada Mursinin işgəncəyə məruz qalmasından Sisinin xəbərsiz olmadığı, bu işgəncələr səbəbindən öldüyü vurğulanıb. Bildirilib ki, Mursinin ölümünə səbəb olanların cəzasız qalmasına icazə verilməyəcək.

Məhz buna görə Sisi haqqında həbs qətimkan tədbirinin seçilməsi tələb olunub.

Qeyd edək ki, "Guernica 37” daha əvvəl Birləşmiş Millətlər Təşkilatından Mursinin ölümü ilə bağlı müstəqil araşdırma aparılmasını tələb etmişdi.

Xatırladaq ki, "Müsəlman Qardaşlar”ın əfsanəvi liderlərindən biri olan Məhəmməd Mursi 2012-ci ildə demokratik üsulla prezident seçilmişdi. Dövlət çevrilişi ilə prezidentlikdən uzaqlaşdırılaraq həbsə atılan Mursi 17 iyun 2019-cu ildə məhkəmə iclasında ürək infarktı keçirərək ölmüşdü./publika.az

Xəbər lenti