Xəzər Xəbər

Sənədsiz tikililərin rəsmiləşdirilməsi ilə bağlı yeni xəbər - Nazir açıqladı - VİDEO

Veb TV | 19:08 • 16 Yanvar 2020
Sənədsiz tikililərin rəsmiləşdirilməsi ilə bağlı yeni xəbər -

Sənədsiz tikililərin rəsmiləşdirilməsi ilə bağlı işlər aprel ayınadək tamamlanacaq.

Xezerxeber.az-ın məlumatına görə, bu açıqlama İqtisadiyyat Nazirliyinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş konfransında verilib.

Çıxış edənlər bildiriblər ki, ötən il orta aylıq əməkhaqqının artım tempi 16,4% təşkil edib. Qeyri-neft sektorundan vergi daxilolmaları 9,1% artıb. Özəl sektorda çalışan işçilərin 8 000 manatadək olan əmək haqları gəlir vergisindən azad olunub. Nəticədə, 300 milyon manatdan çox vəsait işləyənlərin sərəncamında qalıb. Bu islahatın səmərəsi əmək müqavilələrinin dinamikasında aydın müşahidə olunub. 2019-cu ildə qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayı 99 minə yaxın artıb. Konfransda Nazirliyin 2020-ci il üçün hədəfləri də açıqlanıb.

Bildirilib ki, Əlavə Dəyər Vergisininin (ƏDV) qaytarılması mexanizmi fevralın 1-dən istehlakçılara təqdim ediləcək. Hazırda bu istiqamətdə texniki şərtlərin təsdiq edilməsi prosesi aparılır.

Konfransda sənədsiz evlər və obyektlərin rəsmiləşdirilməsi məsələsinə də toxunulub. Qeyd edilib ki, müvafiq komissiyalar Bakı şəhəri də daxil olmaqla Respublika üzrə 57 rayon və şəhərdə araşdrıma aparıb.

Materiallar Prezident Administrasiyasına təqdim olunduqdan sonra tikililərin rəsmiləşdirilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq. Sənədləşmə neft kontraktlarının əhatə etdiyi ərazilərə və infrastruktur sahələrinin mühafizə zolaqlarına düşməyən tikililərə aiddir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti