Xəzər Xəbər

Dünya ŞOKDA: 2 min insan öldü, 82 mini təxliyə olundu - VİDEO

Veb TV | 11:05 • 16 Yanvar 2020
Dünya ŞOKDA:

Filippinin paytaxtı Manila yaxınlığında yerləşən Taal vulkanı lava püskürüb.

Təbiət hadisəsi nəticəsində 2 min insan həlak olub.

Vulkanın yerləşdiyi Batanqs əyalətindəki Fövqəladə Halların Risklərinin Azaldılması Mərkəzi vulkan bölgəsindən 14 km məsafədə yaşayan 82 min insanın təxliyə olunduğunu bildirib.

Vulkan yaxınlığında çox sayda şəhərdəki yol və qəsəbələrdə çatlar müşahidə edən Filippin Seysmologiya və Vulkan İnstitutu Taalın hər an yenidən lava püskürə biləcəyini xəbər verib.

Qeyd edək ki, Taal vulkanı yanvarın 12-dən fəaliyyətə keçib.

Dünyanın ən kiçik aktiv vulkanı olan Taal Filippindəki 10-dan çox təhlükəli vulkandan biri sayılır.

Xatırladaq ki, Filippin Sakit okeanda "Alov Çevrəsi” adlandırılan zəlzələlərin və vulkanların intensiv olduğunu seysmik xətt üzərində yerləşir./publika.az

Xəbər lenti