Xəzər Xəbər

Məktəblərdə 9 gün dərs olmayacaq – RƏSMİ

Gündəm | 13:30 • 13 Yanvar 2020
Məktəblərdə 9 gün dərs olmayacaq

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayır.

XəzərXəbər xəbər verir ki, qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.

Beşgünlük tədris həftəsi tətbiq edilən məktəblər yanvarın 25-i və 26-sı şənbə bazara düşdüyü üçün onlar artıq yanvarın 24-dən sonra tətilə çıxacaqlar. Həmçinin fevralın 1-i şənbə gününə təsadüf etdiyi üçün bu tədris həftəsi üçün ikinci yarımil fevralın 3-dən başlayacaq.

Altıgünlük tədris həftəsində işləyən məktəblər isə qış tətilinə yanvarın 25-dən sonra çıxacaqlar və ikinci yarımilə fevralın 1-dən başlayacaqlar.

Xəbər lenti