Xəzər Xəbər

Bakıda ana və qızı qətlə yetirilib - TƏFƏRRÜAT - VİDEO

Veb TV | 19:21 • 14 Dekabr 2019
Bakıda ana və qızı qətlə yetirilib -

Bakıda ana və qızı amansızlıqla qətlə yetirilib.

Xezerxeber.az-ın məlumatına görə, ağır cinayət ötən gecə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

Yavər Əliyev küçəsi 49 ünvanında, 8-ci mərtəbədə yaşayan 51 yaşlı Fatma Həmzəyeva və qızı 25 yaşlı Elgün Niftizadənin meytləri kirayə yaşadıqarı evdən aşkar edilib.

Məlumata görə, evi ana və qızı bir müddət əvvəl kirayələyiblər. Mərhum Fatma evdar, qızı Elgün Niftizadə isə restoranda işləyirmiş. Onlarla bərabər həmin evdə Elgün Niftizadənin bir xanım iş yoldaşı da qalırmış. Elə hadisədən xəbəri də o tutub. Deyilənlərə görə, Elgün Niftizadə onunla bir yerdə qalan iş yoldaşı olan qıza deyib ki, Rusiyada yaşayan qardaşı bir günlük gəlir və onlarla qalacaq. Bu səbəbdən də adı açıqlanmayan həmin qız xalası evinə gedib və bir gün orda qalıb. Səhəri gün Elgün Niftizadənin işə gəlmədiyini görüb ona zəng vurub. Dəfələrlə həm anasını, həm də qızı yığsa da onlar telefona cavab verməyib. Ünvana gəlib qapını açdıqda isə Fatma Həmzəyeva və qızı Elgün Niftizadəni yerdə qan içində görüb, dərhal qonşulara və polisə xəbər verib.

Hadisə yerinə rayon polis və prokurorluq orqanlarının əməkdaşları gələrək araşdırmalara başlayıblar. Meytlər isə məhkəmə-tibbi ekspertizaya aparılıb. Polis bütün qonşulardan həmin vaxt onların mənzilində nə baş verdiyini soruşub.

Hüquq-mühafizə orqanlarının əməkdşları bu cinayəti elə ailənin oğlu tərəfindən törədildiyini ehtimal edir. Başqa bir məlumata görə də əməliyyat-istintaq qrupunun üzvləri qətli törətdiyi ehtimal olunan həmin şəxsin Azərbaycan sərhədlərini tərk etməyə müvəffəq olduğunu müəyyən edib.

Baş Prokurorluqdan verilən xəbərə görə, faktla bağlı Sabunçu rayon prokurorluğunda ''iki və ya daha çox şəxsi qəsdən öldürmə'' maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti