Xəzər Xəbər

“Azəriqaz”ın baş direktoru narazı istixana sahibləri ilə görüşdü VİDEO

Veb TV | 18:58 • 11 Noyabr 2019
“Azəriqaz”ın baş direktoru narazı istixana sahibləri ilə görüşdü

Şəmkirdə tərəvəzçiliklə məşğul olan sahibkarlarla görüş keçirilib. "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyinin təşəbbüsü ilə rayonda təşkil olunan görüşdə təsərrüfat sahiblərinin problemləri dinlənilib, mümkün həll yolları müzakirə olunub.

Fermerlər şikayətlərini, üzləşdikləri çətinlikləri dilə gətirdi,aidiyyəti dövlət qurumlarının rəhbərləri isə problemləri dinləyib həll yollarını göstərdilər.

Şəmkirdə istixana sahibləri ilə görüş keçirilib.Sahibkarlar tərəvəçiliklə məşğul olan istixanaların qaz təchizatında yaranan çətinlikləri, onları yaradan səbəbləri və həlli üçün təkliflərini dilə gətiriblər.

Sahibkarlar qazla bağlı problemin həlli üçün limit mexanizminin yaradılmasını və ya qiymətin ucuzlaşdırılmasını təklif ediblər.

"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib ki,qazın qiymət dəyişikliyi məsələsi Tarif Şurası tərəfindən tənzimlənir.Sonda borca görə qazı kəsilmiş istixanaların sahiblərinə bir neçə ay möhlət verilərək təchizatın bərpa edilməsi barədə qərar qəbul edilib.

Sahibkarlarla bu cür görüşlərin tez-tez keçiriləcəyi bildirilib.

Xəbər lenti