Xəzər Xəbər

Qazaxda toy karvanında silahdan atəş açılıb, təhlükəli anlar yaşanıb - FOTO

Region | 10:55 • 11 Noyabr 2019
Qazaxda toy karvanında silahdan atəş açılıb, təhlükəli anlar yaşanıb -

Qazax rayonunda toy karvanında təhlükəli anlar yaşanıb.


APA-nın məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdən belə məlum olur ki, rayonun Daş Salahlı kəndində təşkil olunmuş toy karvanında hərəkətdə olan "VAZ-2106” markalı, 09 BC 367 dövlət nömrə nişanlı avtomobilin sərnişini tüfəngdən havaya bir neçə dəfə atəş açır.


Yayılan görüntülərlə bağlı polis tərəfindən araşdırmalara başlanıb.


Xəbər lenti