Xəzər Xəbər

Bakı -Quba-Rusiya yolu pullu ola bilər - VİDEO

Veb TV | 18:55 • 22 Oktyabr 2019
Bakı -Quba-Rusiya yolu pullu ola bilər -

Yeni tikilən Bakı -Quba-Rusiya yolundan istifadə ödənişli ola bilər.

Xezerxeber.az-ın məlumatına görə, hazırda inşası davam edən yolun 2020-ci ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub. Bundan sonra yolun ödənişli olması ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat katibi Anar Nəcəfli deyib ki, yeni inşa edilən bu yol ödənişli olması üçün bütün tələblərə cavab verir.

Yolun qiymətləri Tarif Şurası tərəfindən müəyyənləşdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti