Xəzər Xəbər

Gələn il üçün yaşayış minimumunun məbləği məlum olub

İqtisadiyyat | 15:00 • 22 Oktyabr 2019
Gələn il üçün yaşayış minimumunun məbləği məlum olub

Azərbaycanda 2020-ci il üçün yaşayış minimumunun məbləği məlum olub.


Xezerxeber.az-ın xəbərinə görə, bu, büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.


Layihəyə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat və uşaqlar 170 manat məbləğində müəyyən edilib.


Qeyd edək ki, 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manatdır. 

Xəbər lenti