Xəzər Xəbər

Peşəkar Təlim və İmtahan Mərkəzi sertifikatları təqdim etdi - VİDEO

Veb TV | 19:18 • 19 Oktyabr 2019
Peşəkar Təlim və İmtahan Mərkəzi sertifikatları təqdim etdi -

Azərbaycanda lisenziyalı Kembric imtahanlarını təşkil edən Peşəkar Təlim və İmtahan Mərkəzi bu il ərzində Kembric imtahanlarında və təlimlərində iştirak edən namizədlərə sertifikatlar təqdim edib.

Xezerxeber.az-ın məlumatına görə, tədbirdə çıxış edən mərkəzin direktoru Xalidə İsayeva fəaliyyət göstərdikləri 4 il ərzində 500-dən çox şəxsin imtahanının təşkil olunduğunu və imtahanların həm yerli, həm də xarici müəllimlər tərəfindən müsbət qarşılandığını bildirib.

Tədbir çərçivəsində həm müəllimlər, həm də tələbələrin qazandığı sertifkatlarının əhəmiyyətindən bəhs edilib, bununla bağlı video sujet təqdim edilib və kursları bitirənlərə sertifikatlar təqdim edilib.

Tədbirdə o da vurğulanıb ki, mərkəzin ən böyük tərəfdaşı Kaspi Təhsil Şirkəti və ona məxsus Kaspi Liseyidir. Tədbirdə ELC pro, ITAC, Zirvə Liseyi kimi mərkəzlərlə 2019- 2020-ci tədris illəri üçün əməkdaşlıqlarını yeniləmək məqsədilə tərəfdaşlıq müqaviləsi imzalanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti