Xəzər Xəbər

Astarada naringi yığımı aparılır - VİDEO

Veb TV | 20:56 • 19 Oktyabr 2019
Astarada naringi yığımı aparılır -

Astarada naringi yığımına başlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, naringi yığımı əsasən Astaranın dağətəyi kəndlərində aparılır.

Yerli sortlar gec yetişdiyindən, hazırda bağlarda "karli" sortu yığılır. Ötən il kiloqramı 2 manata satılan narınginin qiyməti bu il 70 qəpiklə 1 manat 20 qəpik arasında dəyişir.

Məhsuldarlıq ötən illə müqayisədə xeyli aşağıdır. Fermerlər ötən il hər ağacdan 45 -50 kiloqram məhsul yığa bilmişdilərsə, bu il bu rəqəm 30-35 kiloqram olub.

Ötən il Astara rayonunda 1169 hektar naringi bağından 32 min tona yaxın məhsul yığılıb. Bu il 353 hektara yaxın yeni narıngi bağı salınıb və ümumilikdə 35 min ton məhsul toplanması proqnozlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti