Xəzər Xəbər

Trampdan Ərdoğana ŞOK MƏKTUB: oxumadan zibil qutusuna atdı

Dünya | 14:37 • 17 Oktyabr 2019
Trampdan Ərdoğana ŞOK MƏKTUB:

ABŞ Prezidenti Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana SDQ ilə Türkiyə arasında vasitəçilik məqsədilə göndərdiyi məktub Qərb mətbuatında yayılıb.

Sözügedən məktub diplomatik nəzakət qaydalarına uyğun olmayan üslubu ilə diqqət çəkib.

Trampın Türkiyəni iqtisadi cəhətdən məhv etməklə təhdid etdiyi məktubda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Suriya Demokratik Qüvvələrinin (SDQ) komandiri Məzlum Kobani adı ilə tanınan Fərhad Abdi Şahinlə görüşməsi tövsiyə edilib, keşiş Branson dönəmi xatırladılıb və "sizinlə razılığa gələ bilərik” ifadəsinə yer verilib.

Trampın məktubunda diqqət çəkən bir digər məqam isə məktubun tarixi olub. Belə ki, məktub 9 oktyabr 2019-cu il tarixində - "Sülh çeşməsi” əməliyyatının başladığı gün yazılıb.

Türkiyə mətbuatı Ərdoğanın təklifi rədd etdiyini və məktubun birbaşa zibil qutusuna atıldığını, həmçinin, məktuba cavab olaraq 9 oktyabrda əməliyyat başladıldığını vurğulayıb.

Məktubun tam mətnini təqdim edirik:

"Cənab Prezident, gəlin yaxşı bir razılaşma edək. Siz minlərlə insanın öldürülməsinə görə məsuliyyət daşımaq istəməzsiniz, mən də türk iqtisadiyyatını məhv etmək istəmərəm (ancaq edə bilərəm). Bu mövzuda edə biləcəklərimin kiçik bir nümunəsini keşiş Bransonla bağlı ortaya qoymuşdum.

Sizin problemlərinizin həlli üçün çox çalışıram. Dünyanı xəyal qırıqlığına uğratmayın. Yaxşı bir razılaşma edə bilərik. General Məzlum sizinlə müzakirə aparmaq istəyir, keçmişdə etmədiyi bir çox güzəşti etməyə hazırdır. Yeni əlimə keçən və mənə xitabən yazdığı məktubu sizə göndərirəm. Əgər bunu düzgün və humanist şəkildə edə bilsəniz, tarix sizə müsbət baxacaqdır. Əgər yaxşı şeylər olmazsa, sizi sonsuza qədər şeytan kimi görəcəkdir. Qatı (təxminən, sözqanmaz mənasında işlədilir – red.) bir insan olmayın, axmaq olmayın. Sizə sonra zəng edəcəm, hörmətlə Donald Tramp”.

Xatırladaq ki, bir qədər əvvəl sözügedən məktub fərqli məzmunda təqdim edilmiş, mətbuatda yalnız Trampın vasitəçilik təklifi işıqlandırılmışdı./axar.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti