Xəzər Xəbər

Şiddətli döyüşlər gedir - Çox sayda kənd azad edildi, dəhşətli fakt üzə çıxdı, F-16-lar...

Dünya | 14:11 • 17 Oktyabr 2019
Şiddətli döyüşlər gedir -

Türkiyənin Milli Müdafiə naziri Hülusi Akar PKK/YPG/PYD terror təşkilatının planlaşdırdığı dəhşətli faktın üstünü açıb.

Nazir bildirib ki, terror təşkilatı kimyəvi silahdan istifadə etməyə hazırlaşır. Məqsəd isə günahı Türkiyənin üzərinə atmaqdır: "PKK/YPG/PYD terror təşkilatı bizi istifadə etdiyimizi dünyaya bəyan etmək məqsədilə Suriyada kimyəvi silah partlatmaq istəyir. Məqsəd Türkiyənin kimyəvi silahdan istifadə etdiyi üçün dünya tərəfindən qınamasıdır. Hər kəs bilir ki, bizim kimyəvi silahımız yoxdur. Beləlikə terrorçuların daha bir yalanını üzə çıxarmış olduq".

***

Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun Suriyanın şimalında PKK/YPG/PYD terror təşkilatına qarşı keçirdiyi "Sülh çeşməsi” (Parış pınarı) əməliyyatı 9-cu günündə planlaşdırıldığı kimi davam edir.

"Anadolu” agentliyi xəbər verir ki, oktyabrın 9-da başlanan əməliyyat çərçivəsində indiyə kimi 673 terrorçu zərərsizləşdirilib.

Bu gün ərzində xeyli sayda kəndin terrordan təmizləndiyi açıqlanıb. F-16-lar Təl Abyad və Rəsulayn şəhərlərində terrorçuların mövqelərini bombalayaraq yox ediblər.

Şəhər mərkəzi terror təşkilatından təmizlənən Rəsulaynın sənaye zonası hesab olunan bölgəsində döyüşlər şiddətlənib. PKK/YPG-nin ciddi silah-sursat ehtiyatı olduğu bölgəyə sızan Suriya Milli Ordusu ilə terrorçular arasında şiddətli döyüşlər davam edir.

Terrorçulardan təmizlənən Tel Abyad və ətraf ərazilərdə çox sayda silah-sursat ələ keçirilib./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti