Xəzər Xəbər

Dövlət maşınları satışa çıxarıldı - "Nissan" 3500, "Tofaş" 1800 AZN - SİYAHI

İqtisadiyyat | 12:16 • 17 Oktyabr 2019
Dövlət maşınları satışa çıxarıldı -

Azərbaycanda dövlət avtomobilləri satışa çıxarılır.

Oktyabrın 29-da hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı da açıqlanıb.

1-3-cü sətirdə Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsinin balansında olan nəqliyyat nəqliyyat vasitələri2-ci dəfə təkrar hərraca çıxarılır.

4-cü sətirdə Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsinin balansında olan nəqliyyat vasitəsinin 04 iyun 2019-cu il tarixli hərracının nəticəsi ləğv olunduğu üçün təkrar hərraca çıxarılır.

5-6-cı sətirdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

7-ci sətirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının balansında olan nəqliyyat nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.

Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)

(tel:566-07-44)

29 oktyabr 2019-cu il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı

S/N

Balanssaxlayıcı müəssisənin adıAvtonəqliyyat vasitəsinin markasıBuraxılış iliStart qiyməti
(manatla)
10% beh
(manatla)
1.Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsiNissan Maxima20066000600
2.Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsiNissan Maxima20076000600
3.Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsiNissan Maxima (qəzalı)20074000400
4.Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsiNissan Maxima20063500350
5.Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf AgentliyiChevrolet Niva20064500450
6.Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf AgentliyiChevrolet Niva20056000600
7.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi. Mərkəzi Neftçilər Xəstəxanası

Nissan Maxima

20026000600
8.Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı

Tofaş Doğan

20041800180
9.Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil TəsərrüfatıVAZ-210720041800180
10."Azəristiliktəchizat” Açıq Səhmdar CəmiyyətiZİL-431412 ş-də
KC-2571 xüsusi
1989100001000

BAKU.WS

Xəbər lenti