Xəzər Xəbər

Ərdoğan Makronu "nokaut" etdi: Siz nə vaxtdan...

Dünya | 12:38 • 16 Oktyabr 2019
Ərdoğan Makronu "nokaut" etdi:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan vətəninə qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Ərdoğan Fransa prezidenti Emmanuel Makrona telefonda verdiyi əfsanə cavabı media nümayəndələri ilə bölüşüb.

"Makron Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Akıncının açıqlamasını necə dəyərləndirirsiniz” sualını verdi. Mən də soruşdum ki, nə zamandan bəri ŞKTC-ni tanıyırsınız?”, - Ərdoğan deyib.

Prezident "qaçqınlara qapıları açarıq” dediniz. Fikrinizdə bir təqvim və ya qırmızı cizgi varmı? "Bu olsa, qaçqınlar üçün qapıları açarıq” cizgisi varmı” sualını isə "hazırda mövzu müzakirədədir. Hətta Avropa İttifaqı ölkələrindən bəziləri "kaş ki, qapıları açsanız” dedilər” sözləri ilə cavablandırıb.

Qeyd edək ki, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı "Sülh çeşməsi” hərəkatı ilə bağlı danışarkən "1974-cü ildə biz adına "Sülh hərəkatı” desək də, bir müharibə idi və qan da axdı. İndi "Sülh çeşməsi” desək də, axan su deyil, qandır” ifadələrini işlətmişdi./publika/az

Rubrikanın digər xəbərləri

Xəbər lenti