Xəzər Xəbər

Azərbaycan 4 günlük iş həftəsinə keçir? Nazirdən VACİB AÇIQLAMA

Cəmiyyət | 11:52 • 14 Oktyabr 2019
Azərbaycan 4 günlük iş həftəsinə keçir?

"Qısaldılmış iş günləri kompleks məsələdir. Bu, ölkənin məşğulluq və əmək bazarına ciddi təsir edə bilər".


Xezerxeber.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev jurnalistlərin Azərbaycanda 4 günlük iş həftəsinin tətbiqinin mümkün olub-olmaması ilə bağlı sualını cavablandırarkən bildirib.


Nazir qeyd edib ki, Azərbaycanda əmək haqqı aylıq əsasla müəyyən edilir: "Dörd günlük iş həftəsi müzakirə edilən ölkələrdə isə saatbaşı əsas götürülür. Bizdə iş gününün azaldılması əmək haqqına təsir edə bilər. Bu, əmək haqqından, əmək bazarından irəli gələrək, əmək resurslarının yaratdığı əlavə dəyərdən asılı olaraq müəyyən edilə bilər".


Nazirin sözlərinə görə, hazırda Azərbaycanda 4 günlük iş həftəsinin tətbiqi gündəmdə deyil: "Amma gələcəkdə istənilən məsələ kimi bu da müzakirə oluna bilər".

Xəbər lenti