Xəzər Xəbər

Neftçilər prospektindəki obyektlər niyə istifadəsiz qalıb? - "Səbəb sürücülərin tez-tez cərimələnməsidir" - VİDEO

Veb TV | 20:14 • 13 Oktyabr 2019
Neftçilər prospektindəki obyektlər niyə istifadəsiz qalıb? -

Bakı şəhərinin məkəzi küçələrindəki obyektlərə maraq azalıb. Sahibkarlar şəhərin mərkəzinə o qədər də üsutunluk vermirlər.

Xezerxeber.az-ın məlumatına görə, söhbət konkret olaraq paytaxtın Səbail rayonu, Nefçilər prospektindəki mağazalardan gedir.

Prospekt boyunca bir neçə mağazanın icarəyə verilməsi ilə bağlı elanlar vurulub. Məsələnin təfərrüatını öyrənmək üçün həmin mağazaların bir necəsi ilə telefon əlaqəsi saxladıq. Obyekt sahibləri iddia edirlər ki,sürücülərin tez-tez cərimə edilməsinə görə sahibkarlar həmin mağazaları icarəyə götürmək istəmirlər.

Hətta elə obyekt sahibi var ki, bu problemə görə aylardır mağazasına müştəri tapa bilmir. Buna görə də obyekt sahibləri qiymətləri 2 dəfə aşağı salıblar.

Rieltorlar da məhz həmin ərazilərdə bu amillərin kirayə bazarına təsir etdiyini bildirir.

Bakı Nəqliyyat Agentliyindən isə məsələ ilə bağlı bildirildi ki, bununla bağlı quruma sahibkarlar tərəfindən heç bir müraciət daxil olmayıb. Həmin yolda hərəkət edən sürücülər üçün bir neçə istiqamətdə-Azadlıq meydanında, Malakan bağında və Dalğa plazanın yaxınlığında parkinq yerləri mövcuddur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti