Xəzər Xəbər

Rusiya Türkiyəyə satdığı silahdan bunu çıxarır ŞOK FAKT ÜZƏ ÇIXDI

Dünya | 15:39 • 30 Sentyabr 2019
Rusiya Türkiyəyə satdığı silahdan bunu çıxarır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir qədər əvvəl Rusiya istehsalı olan Su-35 və Su-57 qırıcıları ilə maraqlanması və bu barədə Prezident Vladimir Putinlə müzakirə aparması son vaxtlar bu məsələni tez-tez gündəmə gətirir. Xüsusən, bəzi media orqanlarında Türkiyənin Rusiyadan aldığı silahları onun özünə qarşı istifadə etməsi ehtimalı haqda fikirlər yazılır.

Axar.az xəbər verir ki, rus hərbi ekspert, polkovnik Yuri Knutov mövzu ilə bağlı şərhində çox maraqlı bir detala toxunub.

O bildirib ki, ruslar Su-57 qırıcılarının Türkiyəyə satılmasına görə narahat olmamalıdırlar:

"Ümumiyyətlə, başqa ölkələr Rusiyadan aldıqları silahları onun özünə qarşı istifadə edə bilməzlər. Məsələn, əgər Türkiyə Su-57-dən Rusiyaya qarşı istifadə etmək istəsə, sistem dayanacaq və bu cəhd uğursuz olacaq”.

Polkovnik vurğulayıb ki, xarici ölkələrə satılan hərbi texnikanın üzərində "E” (Eksport) yazılır:

"Yəni bu silahlar ixracat üçün nəzərdə tutulmuş versiyadır. İxracat versiyası rus ordusunda istifadə ediləndən fərqlənir. Belə deyək, xaricə satılan silahlarda müəyyən dəyişikliklər edilir: Rusiyanın müdafiəsinə təhdid olan detallar ya çıxarılır, ya da dəyişdirilir”.

Knutov qeyd edib ki, ABŞ da silahların satışında həmin üsuldan istifadə edir:

"Əgər kimsə ABŞ silahlarından onun özünə qarşı istifadə etmək istəsə, sözügedən sistem aktivləşəcək və ABŞ-a heç bir zərər dəyməyəcək”.

Qeyd edək ki, Knutovun bu açıqlamasının təkcə qırıcılara deyil, S-400 sistemlərinə də şamil olunduğu düşünülür.

Bir qədər əvvəl Türkiyə mediasında Ankaranın aldığı S-400-lərin lazım gəldiyi təqdirdə Rusiyaya qarşı istifadə ediləcəyi haqda fikirlər də səsləndirilmişdi.

Rubrikanın digər xəbərləri

Xəbər lenti