Xəzər Xəbər

Sürücülərə BƏD XƏBƏR: qanun dəyişdi, 1 yanvardan etibarən...

Gündəm | 14:58 • 30 Sentyabr 2019
Sürücülərə BƏD XƏBƏR:

"Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi Milli Məclisdə müzakirəyə çıxarılıb.

XəzərXəbər-in xəbərinə görə, qanun layihəsini komitə sədri Ziyad Səmədzadə təqdim edib.

Layihəyə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu 20 manatdan 30 manata qaldırılır.

Eyni zamanda nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün avtonəqliyyat vasitələri üçün nəzərdə tutulan 20 manat dövlət rüsumu da 30 manata qaldırılır.

Qanun 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək.

Xəbər lenti