Xəzər Xəbər

Günlərdir axtarılan Samir tanınmaz halda tapıldı ŞOK VİDEO

Veb TV | 13:57 • 19 Sentyabr 2019
Günlərdir axtarılan Samir tanınmaz halda tapıldı

Günlərdir itkin düşən Rəhimzadə Samir Şahin oğlu tapılıb.

XəzərXəbər xəbər verir ki,doğmaları onun itkin düşməsilə bağlı əvvəlcə polisə, sonra "Səni axtarıram" proqramına müraciət edib.

"Səni axtarıram" proqramı Samirin izi ilə Sumqayıt şəhərinə gedib çıxıb. Samir tapılarkən olduqca pis vəziyyətdə olub. Gündüzləri küçələrdə gəzən, gecələri parklarda gecələyən Samir baxımsızlıq üzündən üfunət iyi verib və üzünü saqqal basıb.

Atasının sözlərinə görə, Samir son 1 ili evdən bayıra çıxmırdı. Evin içində get-gəl edibmiş. Təhsilini də yarımçıq buraxıb. Atası niyə belə etdiyini soruşanda, dostları ilə arasında yaranan problem üzündən depressiyaya düşdüyünü deyib.

Kameranı görən Samir qaçmağa başlayıb. Atası və anası onu dilə tutaraq maşına minməyə razı salıblar.

Xəbər lenti