Xəzər Xəbər

Əks yola çıxdı, avtobusun qarşısını kəsdi - sürücünü 4 bal və 100 manat cərimə gözləyir - VİDEO

Veb TV | 20:10 • 15 Sentyabr 2019
Əks yola çıxdı, avtobusun qarşısını kəsdi -

Bakıda əks yola çıxan avtomobil qarşıdan gələn nəqliyyatın hərəkətinə mane olub.

Belə bir görüntünü sürücülərdən biri çəkərək "Xəzər Xəbər"in votsap nömrəsinə göndərib.

Xezerxeber.az-ın məlumatına görə, sürücü iddia edir ki, 99 DG 989 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks yola çıxıb. O, bu hərəkəti ilə qrafiklə işləyən müntəzəm marşrut avtobusunun da hərəkətinə mane olub.

Əksər sürücülər belə bir mənzərə ilə demək olar ki, hər gün rastlaşır. Bu da nəqliyyatın hərəkətinə problemlər yaradır. Öz zolaqları ilə hərəkət etməyən belə sürücülər həmçinin digər hərəkət iştirakçıları üçün təhlükə yaratmaqla yanaşı, avtomobillərin tıxacda qalma müddətini də artırır. Yollarda bu mənzərənin yaşanması xüsusən avtobus sürücülərinin işini daha da çətinləşdirir.

Yol hərəkəti üzrə ekspert Azər Allahverənov bildirib ki, Bakıda böyük tıxacların yaranmasına qarşı zolağa çıxan sürücülər səbəb olur.

Qanunvericilyə əsasən qarşı hərəkət zolağına çıxmaqla digər hərəkət iştirakçılarına mane olan sürücülər 4 bal və 100 manat məbləğində cərimə edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti