Xəzər Xəbər

Sumqayıt sakini Vüqar Məhərrəmovun başına qəribə hadisə gəldi VİDEO

Veb TV | 19:09 • 14 Sentyabr 2019
Sumqayıt sakini Vüqar Məhərrəmovun başına qəribə hadisə gəldi

Sumqayıt sakini Vüqar Məhərrəmovun başına qəribə hadisə gəlib. Onun mənzilində 20 ildən çox imiş ki, məcburi köçkünlər yaşayırlarmış. Bir neçə ay bundan əvvəl onlar dövlət tərəfindən yeni mənzillə təmin ediliblər. Bundan sonra mənzil sahibinə işıq və sudan istifadəyə görə xeyli borc gəlib. Aidiyyatı qurumlardan bildirilib ki, yaranmış borc məhz mənzil sahibi tərəfindən ödənilməlidir.

Sumqayit sakini Vüqar Məhərrəmov çıxılmaz vəziyyətlə üzləşib. Şəhərin 48-ci məhəllə, bina 8, mənzil 69-da yaşayan bu şəxsə istifadə etmədiyi xidmətlərə görə borc gəlib. Mənzil Vüqar Məhərrəmova məxsus olsa da, orada uzun illər məcburi köçkün ailəsi yaşayıb.

Vüqar Məhərrəmovun sözlərinə görə, aidiyatı qurumlardan ona kommunal borcun məhz onun tərəfindən ödənilməli olduğu bildirilib..

Vüqar Məhərrəmovda olan ödəniş qəbzlərinə əsasən, işıqdan istifadəyə görə son dəfə cari ilin mart ayımın 31-də 20 manat, suya görə isə ötən ilin dekabrın 5-də 50 manat ödəniş edilib. Mənzildə məskunlaşan məcburi köçkün ailəsi may ayında oradan çıxıb.

Məsələ ilə bağlı "Azərişıq" ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev bildirib ki, mənzildə kimin yaşaması qurum üçün önəmli deyil, yəni yaranan borc ödənilməlidir. Mübahisəli məsələ ev sahibi ilə məcburi köçkün arasında həll edilməlidir. Azərsu-dan isə Xəzər Xəbər-ə bildirildi ki, iddiaçı şəxs onlara müraciət etməli və məsələ araşdırılmalıdır...

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə deyilib ki, məsələ araşdırılmalıdır və yalnız bundan sonra dəqiq nəsə söyləmək olar. Qurumdan o da bildirilib ki, iddiaçı müvafiq sənədlərlə komitəyə müraciət etməlidir.

Hüquqşünaslar isə deyirlər ki, zərərçəkmiş ilk növbədə borcun məhz mənzildə məskunlaşmış məcburi köçkünün kommunal xidmətlərdən istifadəsi nəticəsində yarandığını sübut etməlidir. Yalnız bundan sonra borc məcburi köçkün tərəfindən ödənilməlidir. Əgər o, bundan imtina edərsə, məsələ məhkəmə qaydasında həll edilə bilər.

" frameborder="0" allowfullscreen>

Xəbər lenti