Xəzər Xəbər

Ata oğlunun attestatını gizlədib oxumasını istəmədi Övladı oxumaq üçün evi tərk etdi - VİDEO

Veb TV | 19:59 • 20 Avqust 2019
Ata oğlunun attestatını gizlədib oxumasını istəmədi

Bu il universitetə daxil olmasına baxmayaraq, atasıtəhsil almasına qarşı çıxaraq onu evdən qovdu.

Paytaxtın Sabunçu rayonunda yaşayan Orxan Bağızadə müəllim yanına getmədən qəbul imtahanında uğurlu nəticə göstərib.O, bu il keçirilən qəbul imtahanında 336 ball toplayaraq ödənişli əsaslalarla Azərbaycan Dillər Universitetinin Tərcümə (rus-fransız) fakültəsinə qəbul olub.Ancaq atası övladının təhsil almasını istəmədiyi üçün onun attestatını və digər sənədlərini gizlədərək qəbul prosesinə mane olmağa çalışıb.

Orxan Bağızadə deyir ki,atası tərəfdən təhsil almasına mane törədməsinə səbəb onunla prinsip aparmasıdır.Orxan 7 yaşında olarkən anasını itirib.Bundan sonra isə atası başqa bir qadınla ailə həyatı qurub.Həmin qadının isə başqa şəxsdən bir qızı var imiş.Ancaq həmin qız hazırlaşsada universitetə qəbul ola bilməyib.Orxan iddia edir ki, atası tərəfdən prinsip yaranıb ki, qızı oxumayıbsa, Orxan da oxumalı deyil.Ancaq Orxan Bağızadə bunlara məhəl qoymayaraq isdəyinə çatıb.

Bir müddət keçəndən sonra Orxan sənədlərini atasından tələb etdiyi zaman isə,atası polisə müraciət edərək Orxanın evdən oğurluq etdiyini bildirib. Halbuki,Orxan iddia edir ki,evdən çıxan zaman üzərində çantası və kitabları olub.

Atası onu evdən qovduqdan sonra O, sinif yoldaşının evində qalmaq məcburiyyətində qalıb. Orxan universitetdə qeydiyyatdan keçən zaman sənədlərində problem yaranmasına baxmayaraq Təhsil Nazirliyi və Azərbaycan Dillər Universitetinin rəhbərliyi ona köməklik göstərib.İndi onun Dillər Universitetində oxumasına heç bir əngəl qalmayıb. Orxana universitet tərəfindən müəyyən güzəştlər də edilib.

Universitet Orxanı təhsil aldığı müddətə yataqxanada yerlə dətəmin edib.

Qeyd edək ki Orxan ödənişli əsaslarla təhsil alır. Təhsil haqqının ilkin ödənişini isə qardaşı kredit götürərək ona verib. Amma Orxan Bağızadə işləyərək həmin pulu da özü ödəyəcəyini bildirib. O hazırda restoranda ofisant işləyir, işləyə işləyə oxumağın isə onun üçün problem yaratmayacığını deyir. Bu yeniyetmənin öz həyat devizi də var: çətinliklə əldə olunan naliyyətlər daha ləzzətlidir.

Xəbər lenti