Xəzər Xəbər

Adnan Oktarın qaçdığı gizli tunel ortaya çıxdı - FOTOLAR

Maraqlı | 15:05 • 20 Avqust 2019
Adnan Oktarın qaçdığı
Özünü təriqət lideri kimi təqdim edən Adnan Oktarın 11 iyul 2018-ci ildə yaşadığı villaya edilən basqınla bağlı yeni faktlar ortaya çıxıb.

"Sabah” qəzeti xəbər verir ki, əməliyyatdan xəbər tutan Oktar və ən yaxın adamı Didəm Ürerin villadan qaçdığı gizli tunel aşkarlanıb.

Onlar tuneldən çıxaraq qapıda gözləyən lüks avtomobilə minərək ərazidən uzaqlaşıblar.

Lakin, polislərin çevik hərəkəti ilə onların izləri qısa zamanda müəyyən edilib və yaxalanıblar. Oktar və Ürer ələ keçiriləndə üzərlərində külli miqdarda pul tapılıb.

Qeyd edək ki, əməliyyat zamanı Adnan Oktar da daxil olmaqla 187 nəfər saxlanılıb, onlardan 167-si haqqında həbs qərarı çıxarılıb.
BAKU.WS



Xəbər lenti