Xəzər Xəbər

Aprel döyüşlərinin iştirakçısı Yaşar Ağayevin toyu olub - VİDEO

Veb TV | 19:50 • 18 Avqust 2019
Aprel döyüşlərinin iştirakçısı Yaşar Ağayevin toyu olub -

Bu gün Aprel döyüşlərində yaralanmış Yaşar Ağayevin toyu olub.

İsmayıllıda keçirilən toyda Respubilikanın bütün bölgələrindən qonaqlar, qohumlar və Yaşar Ağayevin döyüş yoldaşları iştirak ediblər. Elza Xaliqova adlı xanımla ailə quran qazi öz toyunda bəy geyimi əvəzinə xidmətdə olduğu formanı seçib.

Xezerxeber.az-ın məlumatına görə, toydan öncə bəy və gəlin ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçəklər düzərək dahi şəxsiyyətə sevgi və ehtiramlarını bildiriblər. Sonra bəy və gəlin şadlıq sarayına daxil olarkən hərbi marşla, Azərbaycanın üçrəngli bayraqları ilə qarşılanıb. Toy mərasimində Respubilikanın bütün bölgələrindən qonaqlar, qohumlar və Yaşarın döyüş yoldaşları iştirak ediblər.Toy mərasimndə həmçinin rəsmi şəxslər də iştrak ediblər.

Yaşar öz toyunda bəy geyimi əvəzinə xidmətdə olduğu formanı seçib. Toy mərasiminə gələnlər ona xoşbəxtlik arzulayıb, xoş arzularını çatdırıblar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti