Xəzər Xəbər

Azərbaycanda 19 nəfərin xəsarət aldığı qəzadan dəhşətli görüntülər - VİDEO

Region | 10:01 • 12 Avqust 2019
Azərbaycanda 19 nəfərin xəsarət aldığı qəzadan dəhşətli görüntülər -

Gəncəyə hərbi hissəyə gedən mikroavtobusun qəzaya düşdüyü ərazidə çəkilən görüntülər yayılıb.


BAKU.WS xəbər verir ki, videoda qəzadan sonrakı dəhşətli mənzərə əks olunur.


Qeyd edək ki, ötən gün Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.


Hadisə Bakı-Qazax yolunun rayonun Qarasu kəndindən keçən hissəsində qeydə alınıb.


"Mercedes" markalı sərnişin daşıyan avtomaşınla "Ford" markalı avtomaşın toqquşub. Nəticədə 10 nəfərə yaxın adam xəsarət alıb. Yaralılar "təcili yardım" maşınlarının köməkliyi ilə Hacıqabul və Şirvan RMX-larına çatdırıblar.


Hacıqabul rayonunda baş vermiş qəzada xəsarət alanların şəxsiyyəti məlum olub.


Bunlar Bakı sakinləri Qasımov Səxavət Saleh oğlu, Eyvazov Oktay Bəhruz oğlu, Eyvazova Aytəkin Məzahir qızı, Eyvazova İsmət Bəhruz qızı, Qasımova Güldanə Cavanşir qızı, Hacıyeva Səadət Böyükağa qızı, Rüstəmova Səkinə İbrahim qızı, Əlizadə Günel Zaur qızı, Eyvazov Bəhruz Oktay oğlu, Həsənov Qalib Cavanşir oğludur.


Adı qeyd olunan yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Xəsarət alanların digər hissəsi Şirvan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların adları hələ ki, müəyyənləşməyib.


Mikroavtobusda olan sərnişinlər Gəncəyə "N" saylı hərbi hissəyə əsgərlərin andiçmə mərasiminə gedirlərmiş.


Qeyd edək ki, Kürdəmir və Şirvan xəstəxalarında ümumilikdə 20-yə yaxın yaralı qeydiyyata alınıb.



Xəbər lenti