Xəzər Xəbər

Xaçmazda pomidor yığımı başlayır - Bazarda qiymət 50 faiz düşəcək - VİDEO

Veb TV | 19:28 • 18 İyul 2019
Xaçmazda pomidor yığımı başlayır -

Bu il Xaçmaz pomidoru gec yetişib. Buna görə də son günlər paytaxt bazarlarında pomidorun qiyməti qalxıb.

Xezerxeber.az-ın məlumatına görə, yaxın gwnlərdə Xaçmazda pomidorun kütləvi yığımına başlanılacaq.

Fermerlər deyirlər ki, bu pomidorlar istixanada yetişdirilmir. Açıq sahədə yetişən pomidor yığılaraq birbaşa paytaxt bazarlarına göndərilir. Fermerlər deyirlər ki, onlar sahədə pomidorun 1 yeşiyini 20 manata satırlar. Sahədə 1kq pomidorun qiyməti 50 qəpikdir.

Onların sözlərinə görə, ötən il bu vaxt sahələrdə kütləvi yığım aparılırdı. Ona görə də qiymətlər aşağı idi. Təxminən 10 günə kütləvi yığım start götürəcək ki, bu da qiymətlərə öz təsirini göstərəcək. Bundan sonra pomidorun qiymətində enmə gözlənilir.

Fermerlər deyirlər ki, ötən illə müqayisədə bu il sahələrdə pomidor boldur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti