Xəzər Xəbər

Qarabağ kanalında çimmək qadağan edildi - SƏBƏB - VİDEO

Veb TV | 20:14 • 18 İyul 2019
Qarabağ kanalında çimmək qadağan edildi -

Qarabağ kanalında çimmək qadağan edilib. Buna səbəb ərazidə tez-tez baş verən boğulma hallarıdır.

Xezerxeber.az-ın məlumatına görə, qadağa ilə bağlı ərazidə xəbardaredici nişanlar da vurulub.

Amma qadağalara baxmayaraq 172,4 km uzunluğu olan bu kanalın bəzi yerlərində hələ də çimənlərə rast gəlinir.

Ərazidə çimənlərə qarşı nəzarəti Qarabağ Su-Kanal İdarəsinin əməkdaşları edir. Belə təhlükəli ərazilərdə çimənlər isə gənclər və uşaqlar olur.

Kənd sakinlərinin sözlərinə görə, çimməyə gələn şəxslər tövsiyələrə əməl etmirlər.

Burada baş verən bədbəxt hadislərə görə kanaldan təyinatı üzrə istifadə edilə bilmir.

Qeyd edək ki, kanalın bəzi yerlərinin eni 35 metr, dərinliyi isə 4 metrə çatır və axıntı sürətlidir. Ona görə də burada boğulma halları tez-tez baş verir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar