Xəzər Xəbər

“Qarabağ”ın Dandalk”la ilk oyunun vaxtı dəqiqləşib

İdman | 11:52 • 18 İyul 2019
“Qarabağ”ın Dandalk”la ilk oyunun vaxtı dəqiqləşib

Ağdamın "Qarabağ” klubunun Çempionlar Liqasındakı növbəti görüşünün vaxtı dəqiqləşib.


Albaniyanın "Partizani” klubunu iki oyunun yekununda (0:0, 2:0) məğlub edən Azərbaycan çempionunun II təsnifat mərhələsində "Dandalk”la (İrlandiya) ilk matçı iyulun 24-də olacaq.


"Oriel Park”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.


Qeyd edək ki, ağdamlıların ev oyunu iyulun 30 və ya 31-də baş tutacaq.

Xəbər lenti