Xəzər Xəbər

“Yuventus” Matteys De Liqtin transferini rəsmiləşdirib

İdman | 11:58 • 18 İyul 2019
“Yuventus” Matteys De Liqtin transferini rəsmiləşdirib

Hollandiyanın "Ayaks” klubunun futbolçusu Matteys De Liqtin karyerasını İtaliyada davam etdirəcək.


A seriyasının qalibi "Yuventus” 20 yaşlı müdafiəçi ilə müqaviləni rəsmiləşdirib.


Turin təmsilçisi "Ayaks"ın kapitanı ilə 5 illik müqavilə imzalayıb. Onun keçidi italiyalılara 75 milyon avroya başa gəlib. Müdafiəçi özünü daha yaxşı halda göstərəcəyi halda, "Ayaks”a daha 10,5 milyon qazandıra bilər.


Liqt "Yuventus”da ilinə 12 milyon avro alacaq. O, bununla da A seriyasında ən yüksək ödənişli müdafiəçi olub.


Qeyd edək ki, Matteys De Liqt son mövsümdə "Ayaks”ın heyətində 55 oyuna çıxıb və 7 qol vurub. Onun komandasının Hollandiya çempionu olmasında, ölkə Superkubokunu qazanmasında və Çempionlar Liqasının yarımfinalına yüksəlməsində köməyi böyük olub.

Xəbər lenti